logo
logo
Autizm
ABA QRUP

ESDM — The Early Start Denver Model

Erkən Başlanğıc Denver Modelinin əhəmiyyəti nədən ibarətdir?

Bildiyimiz kimi, autizmin ilkin simptomları sosial bacarıqlarda və dilin inkişafında özünü göstərir. Məsələn: autizm spektrində olan uşaqların erkən yaşlarında çəkilmiş ev videolarını izləyərkən, onların adlarını çağırdıqda daha az reaksiya verdikləri, istəklərini bildirmək üçün jest və işarələrdən daha az istifadə etdikləri müşahidə edilmişdir.

Uşaqların yeriməyə başladığı dövrdən sonra autizm və bir çox xəstəliklərin əlamətləri özünü görsətməyə başlayır. Aparılan tibbi araşdırmalar göstərir ki, autizim spektrində olan uşaqlara erkən diaqnozun qoyulması və müalicənin erkən başlanması maksimum müsbət effekt göstərir. Belə erkən müalicə modellərindən biri Erkən Başlanğıc Denver Modelidir.

Erkən Başlanğıc Denver Modeli erkən yaşdan etibarən tətbiq edilən təlim növüdür. Bu təlimdə uşağın inkişafına yönəlmiş metodlar və üsullardan istifadə edilir. Erkən Başlanğıc Denver Modeli uşağın 12–36 ayından 48–60 ayına kimi tətbiq edilir.

Təlimdə hədəflər uşağın inkişafına uyğun olaraq seçilir və 12 dərs ərzində məqsədə uyğun bacarıqlar inkişaf etdirilir. Hədəflər məşğələlər zamanı sadədən mürəkkəbə doğru yenilənir və təlimlər zamanı hədəfə qoyulmuş bacarıqlarların inkişafı qənaətəbəxş deyilsə, yeni metod və üsullar tətbiq edilir. Beləliklə, maksimum inkişaf görülənə kimi korreksiya işi davam etdirilir.

Bizim
digər bərpa proqramlarımız:

ESDM xüsusi tədris ferdi dərslər

Autizm haqqında

Autizmlə bağlı videolarımız

Youtube kanalımız