| |||||||
|
Autizm xəstələrin sayı get-gedə artırmı?Məlumdur ki, autizm pozuntusu diaqnozu qoyulan uşaqların sayı get-gedə artır. Məsələn, ABŞ-da “Center for Disease Control and Prevention”nin tərəfindən təşkil olunanan “Autism and Developmental Disabilities Monitoring Network” (ADDM) 2000-ci ildən etibarən autizm xəstəliyini nəzarət altında saxlayır. ADDM-ın tərəfindən 2000, 2002, 2004, 2006, 2008-ci illərdə irimiqyaslı tədqiqatlar aparılmışdır və onların nəticələrinə əsasən autizmin ilbəil rast gəlmə tezliyini müşahidə etmək olar. Bu tədqiqatlarda ABŞ-nın müxtəlif məkanarında 8 yaşlı uşaqlarda autizmin olub-olmaması araşdırılmışdır. 2000-ci ildə aparılmış araşdırmaya görə autizm spekti pozuntularının rast gəlmə tezliyi 1 000 uşağa 6,7 nəfər idi; 2002-ci ildə isə 1 000 uşağa 6,6 nəfər idi (150 uşaqdan birində). 2004-ci ildə bu rəqəm artdı: 1 000 uşağa 8,0 nəfər idi (125 uşaqdan birində). 2006-ci ildə rast gəlmə tezliyinin rəqəmi yenə bir qədər yüksəldi 1 000 uşağa 9,0 nəfər oldu (110 uşaqdan birində). Bu tədqiqatlar silsiləsində 2008-ci ildə aparılmış araşdırmada 8 yaşlı uşaqlar qrupunda autizm pozuntularının rast gəlmə tezliyini 1 000 uşağa 11,3 nəfər müəyyən etmişdir (88 uşaqdan biri). Bu (və bir çox digər) araşdırmalar göstərir ki, “autizm” diaqnozu qoyulan uşaqların sayı artır. Lakin autizm xəstələrinin sayı artırmı? Bu sual hələ də cavabsızdır. Məlumdur ki, son illər ərzində həkimlər, müəllimlər və ümumiyyətlə cəmiyyət autizm spektri pozuntuları haqqında əvvəlki illərə nisbətən daha yaxşı məlumatlandırılmışdır. Autizmi aşkarlamaq və diaqnozu qoymaq üçün xüsusi psixoloji alətlər (testlər, şkalalar, müsahibələr və s.) hazırlanmışdır. Bundan başqa autizm pozuntularının meyarları dəyişir və daha geniş qrup xəstələri əhatə edir. Əlbəttə, bütün bunlar autizm diaqnozunun qoyulmasının artmasına gətirib çıxarır. Yəni, müşahidə olunan artma bunlarla da izah oluna bilər. Əsas sual “Autizm xəstələrinin sayı artırmı?” isə açıq qalır. Mənbələr:
| ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |