| |||||||
|
Autizm digər xəstəliklərin nəticəsi ola bilərmi?Bəzi xəstələrdə autizm pozuntusu digər nevroloji xəstəliyin nəticəsi ola bilər. İki nevroloji xəstəlik — tuberoz skleroz (tuberous sclerosis) və fragile X xromosomu sindromunda — autizmin klinik mənzərəsinin əmələ gəlməsinə tez-tez səbəb olur. Autizm xəstələrin təqribən 2–4%-də fragile X xromosomu sindromu aşkar olunur. Autizm xəstələrin təqribən 1–4%-də isə tuberoz skleroz xəstəliyi aşkar olunur. Digər tərəfdən, tuberoz sklerozdan əziyyət çəkən uşaqların 25–50%-də isə autizm əlamətləri müşahidə olunur (yəni, onlar autizm spektrə düşür). Lakin, autizm xəstələrinin böyük əksəriyyərində autizmin səbəbi ola biləcək digər nevroloji xəstəlik aşkarlanmır. Autizm xəstələrinin yalnız 6%-də digər nevroloji xəstəliklər aşkarlanır ki, onları autizmin səbəbi kimi qəbul etmək mümkündür. Başqa sözlə, autizm xəstələrinin 90%-də bu pozuntunun əmələ gəlməsinə əsas ola biləcək hər hansısa başqa nevroloji (və ümumiyyətlə, tibbi) səbəb aşkarlanmır. Mənbələr:
| ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |