| |||||
|
ÜmumiBu sayt (www.pediatrics.az) «Mədinə» Tibb Mərkəzinə məxsusdur. Saytın yaranması iki səbəbdəndir. Birincisi, «Mədinə» Tibb Mərkəzinin pasiyentləri və mərkəzin personalı arasında şəffav mühitin yaranmasıdır. Beləliklə, saytda «Mədinə» Tibb Mərkəzinin iş prosesi haqqında mümkün qədər ətraflı və aydın məlumat verilir. İkincisi, pasiyentlərimizin sağlamlıq və xəstəliklər barədə olan suallarının cavablandırılmasıdır. Suallara cavab vermək üçün ən son məlumatlardan istifadə olunur. Eyni problem barədə bir necə rəy varsa, biz daha çox etibar etdiyimiz mənbəyə əsaslanırıq. Verdiyimiz məlumatlardan istifadə edərkən nəzərdə saxlamaq lazımdır ki, təbabət daimi dəyişən sahədir və problemlərə yanaşma tərzi dəyişə bilər. Saytda istifadə olunan bütün materialların müəllifləri göstərilir. Müəllif göstərilməyəndə müəllif haqqları «Mədinə» Tibb Mərkəzinə məxsusdur. | ||||
© MƏDİNƏ Tibb Mərkəzi |