logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Niyə randomizasiya olunmuş klinik tədqiqatlar (RKT) tibbin qızıl standartı sayılır?

Kamran Salayev, nevroloq, t.e.n.

Hər bir müalicə və diaqnostika üsulun, bütün müdaxilə növlərinin, hətta müdaxilənin olmamasının hər hansısa təsirin olub-olmamasını yoxlamaq üçün klinik tədqiqat (ingiliscə clinical trial) aparılmalıdır. Lakin bu nə qədər sadə səslənsə də, elə o qədər də mürəkkəb bir məsələdir. Cünki bütün insanlar fərqlidir, onların vəziyyətləri də, xəstəlikləri də fərqlidir. Buna görə fərqli insanlardan ibarət olan bir qrupu araşdırıb, yekun bir nəticə çıxartmaq çox çətindir.

İlk randomizasiya olunmuş klinik tədqiqat 1948-ci ildə nəşr olunmuşdur. «Streptomycin treatment of pulmonary tuberculosis» adlı məqalənin müallifi Austin Bradford Hill olmuşdur.
// K.Ə.S.

Bu məsələni həll etmək üçün randomizasiya olunmuş klinik tədqiqatlar (RKT) tədbiq olunur. RKT nədir? Gəlin, bir misal götürək və onun üzərində RKT-nı müzakirə edək. Tutalım ki, kimsə hesab edir ki, kökü (və ya almanı, və ya armudu, və ya ...) çox yeyən uşaqlar daha tez boy atırlar və daha hündür olurlar. Həmin «kimsə» deyir ki, onun uşağı uzun müddət ərzində hər gün kök yeyirlər və indi öz sinifində boydan ən hündür uşaqdır. Buna inanmaq olarmı?

Randomizasiya olunmuş klinik tədqiqatlara dair ən böyük internet resurslarıdan biri «Cochrane Library»dir. Həmin online resurs pulsuzdur. Maraqlandığınız mövzu haqqındar randomizasiya olunmuş klinik tədqiqatlar olubmu, olmayıbmı və olubsa nəticələri nədir orda öyarənmək olar.

Tədqiqat aparmaq istəyənlər RKT aparılması haqqında protokollarla «Consolidated Standards of Reporting Trials»da tanış ola bilərlər.
// K.Ə.S.

Bəli, inana bilərik ki, bu uşağın boyu başqa uşaqlardan yüksəkdir (amma onu da yoxlamaq lazımdır :)) ). Bundan başqa inana bilərik ki, onun uşağı hər gün kök yeyir. Xeyr, yoxlamadan inana bilmərik ki, bu uşağın boyu məhz kök yeməkdən artmışdır. Niyə? Çünki, onun uşağının boyu sinifdəki uşaqlarla müqayisədə daha yüksək olmasının 1001 başqa səbəbi ola bilər:
1. Bu uşaq kökdən başqa hansısa vitaminlər də qəbul edirdi.
2. Bu uşağın valideynlərinin boyu 195 sm-dən çoxdur. Uşaq da onlara oxşayır.
3. Sinifdə oxuyan uşaqların əksəriyyəti çox kəsıb ailələrdəndir və yaxşı gidalanmır. Bu uşaq isə qida problemi yaşamamışdır.
4. Bu uşağın hormonal problemi var və boyun artması hormonal problemin təzahürüdür.

1000. Bu uşaq illərlə basketbolla məşğul olur və buna görə daha çox boy atdı.
1001. Bu uşaq iki dəfə eyni sinifdə qalmışdır və onunla eyni sinifdə oxuyan uşaqlar ondan iki yaş kiçikdirlər. :))

Bəs onda bunu necə yoxlamaq olar? Gəlin, belə bir təcrübə aparaq: bir sinif uşaq götürək və onlara il boyu hər gün kök yedizdirək və sonra onların ilin əvvəlində və ilin sonunda ölçülmüş boyları müqayisə edək. Tutalım ki, biz bu təcrübəni icra etdik və belə nəticənin əldə etdik:
Bütüb uşaqların boyu artdı, yəni heçkəsin boyu eyni qalamadı;
Bəzi uşaqların boyu 4–5 sm artdı, bəzilərin isə 14–15 sm artdı;
Orta rəqəmlə sinifdəki uşaqların boyu il ərzində 10 sm artdı.

Tamam. Burda bir çox insan (tədqiqatçı, dərman şirkəti və s.) dayanar və elan edər ki, kim bir il ərzində kök yeyəcəksə 10 sm böyüyəcək! Faciə ondadır ki, çox insan buna inanacaq (daha doğrusu söhbət kök yeməkdən gedirsə, bu faciə deyil, lakin müalicə üsulundan söhbət getsə, bu artıq faciəyə çevirilə bilər).

Xoşbəxtlikdən, belə nəticələrə tənqidlə yanaşan alimlər var. Və onlar apardığömöz «kök təcrübəsi»mizə qarşı bir çox mənfi fikir irəli sürə bilərlər. Birincisi və ən əsası: «Bəs, həmin il həmin məktəbdə oxuyan eyni yaşda olan başqa uşaqlar 1 il ərzində ne qədər böyüdülər?». Məhz burda biz «kontrol tədqiqatı» məsələsinə gəlirik. Beləliklə, biz araşdırmaq istədiyimiz qrupla (kök yeyen uşaqlar) yanaşı kontrol qrupu seçməliyik (kök yeməyənlər) və bir müddət sonra onları müqayisə etməliyik. Tutalım ki, kök yeməyən uşaqlar da həmin il ərzində 10 sm böyüdülər. Onda belə çıxır ki, uşağın boy atması onun kök yeyib-yemədiyindən asılı deyil. Təm əksinə, tutalım ki, kök yeməyən uşaqların boyu yalnız 5 sm artdı. Onda təbiidir ki, biz iki qrup arasında olan fərqini kök qəbul etməsi ilə əlaqələndirməliyik.

Dəməli, «kontrol» sözü kontrol qrupun olmasına işarə edir. Bəs «randomizasiya» sözü nə deməkdir? Məsələ ondadır ki, uşaqlar iki qrupa bölünəndə hər iki qrup bütün cəhətlərə görə eyni olmalıdır. Yəni, əgər biz tədqiqat üçün 100 uşaq seçməliyiksə və onları 50-nəfərlik iki qrupa bölməliyiksə, onda hər qrupun tərkibi təqribən eyni olmalıdır. Məsələn, biz «kök təcrübəsi»mizdə kök verdiyimiz sinifdə (qrupda) çoxluğu oğlan uşaqları təşkil edirsə və kontrol (kök yeməyən) sinifdə (qrupda) əksəriyyət qızlardırsa, onda bu iki qrup tərkibcə fərqlidir və müqayisə oluna bilməz. Çünki qızlarla oğlanların boy artması eyni sürətlə gedmir. Təcrübəmizdə belə səhf buraxsaq, əldə etdiyimiz nəticələri qruplar arasında cins fərqləri ilə izah etmək olar. Bu səhfin qabağını necə alına bilər? Bunun üçün biz 100 uşağı bir-bir siyahıya alıb, onları təsadüfi şəkildə birini bu qrupa, birini o qrupa «atacayıq». Hansı uşağın hansı qrupa düşməsi qərarı insan verməməlidir və bu proses təsadüf əsasında qurulur. Məhz buna «randomizasiya» deyilir.

Təbəbətin tarixində bir çox üsul və dərman illər boyu effektiv sayılmışdır… onun üzərində randomizasiya olunmuş klinik tədqiqatlar aparılmayana qədər…
Bu cür tədqiqatlar yüzlərlə tibb əfsanələrini puç etmişdir. Məsələn, onlardan biri menopauzadan sonra qadınlara «hormon replacement» təyin olunması ilə bağlıdır. RKT aparılmamışdan əvvəl həkimlər qadınlarda infraktın ehtimalını azatlmaq üçün hormon terapiyasını təyin edirmiş. Lakin Women‘s Health Initiative tərəfindən aparılmış RKT göstərdi ki, estrogen və progestin kombinasiyasını alan qadınlarda infarktın ehtimalı əksinə yüksəlirmiş. Nəzərə almaq lazımdır ki, RKT-dən əvvəl həkimlər həqiqətən inanırdırlar ki, bu müalicənin faydası var və özləri həmin «faydasını görürdülər».
// K.Ə.S.

Əlbəttə, randomizasiya olunmuş klinik tədqiqatın aparılması burada müzakirə olunduğu qədər sadə deyil. Bu çox çətin bir üsuldur və belə tədqiqat statistika üsullara əsaslanmalıdır. Lakin müasir tibbin təməlini məhz bu cür tədqiqatlar təşkil edir. Bütün dünyada hər bir həkim və ya xəstə hər bir müalicə və ya diaqnostika üsuluna dair sual verməlidir: «Bəs bu üsul (dərman, əməliyyət və s.) randomizasiya olunmuş klinik tədqiqatlardan keçirilmişdirmi?». Bu suala iki cavab ola bilər:
— Bəli, keçirilmişdir. Tədqiqatlar göstərdi ki, …
— Xeyr, (hələ) keçirilməmişdir.