logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Birdəfəlik uşaq bezləri haqqında

Ülviyyə Aslanova, pediatr, t.e.n.

1. Oğlan uşaqlarında sonsuzluq yaradır

Bu sual ətrafında çoxsaylı müzakirələr gedir. Pediatrların bir qisminin fikrincə, bezin istifadəsi xayanın hərarətini yüksəldır və bu, gələcəkdə, sonsuzluğa səbəb ola bilər. Lakin çoxsaylı tədqiqatlar göstərir ki, bezdən düzgün istifadə olunursa, cinsiyyət orqanlarında hərarət yüksəlişi çox cuzi olur və bu, sonsuzluğa səbəb sayıla bilməz.

2. Qız uşaqlarında sistit yaradır

1. Nəcisli bez dərhal dəyişdirilməlidir.

2. Cinsiyyət orqanları nahiyyəsi səliqə ilə təmizlənməlidir.

3. Təmizlənmə istiqaməti öndən arxaya (cinsiyyət orqanlardan anusa tərəf) olmalıdır. Bunula siz nəcisin sidik yollarına düşmə ehtimalını azaldırsınız.
// Ülviyyə A.

Əgər bezin istifadəsi qaydalarına düzgün riayyət olunursa, o, sistit yaradmır. Sistit — sidik yollarının, lap dəqiq desək, sidik kisəsinin iltihabi prosesidir. Onu qeyd etmək lazımdır ki, münasib şərait yaransa hətta normal nəcisin tərkibində olan bağırsaq çöpləri (E.coli) də sidik yollarını zədələyən və iltihabi prosesə gətirən amil ola bilər. Buna görə, nəcisli bez dərhal dəyişdirilməlidir. Cinsiyyət orqanları nahiyyəsi səliqə ilə təmizlənməlidir. Təmizlənmə istiqaməti öndən arxaya (cinsiyyət orqanlardan anusa tərəf) olmalıdır. Bunula siz nəcisin sidik yollarına düşmə ehtimalını azaldırsınız.

3. Uşağın dərisində qıcıq, bişməcə və dermatit yaradır

Bez hər 3–4 saatdan bir dəyişdirilirsə, bu kimi problemlər nadir hallarda, əsasən dərisi çox həssas olan uşaqlarda, baş verə bilər. Bezin dəyişilməsi gecikirsə, onda onun üst qatının quru qalma ehtimalı itirilir, və körpənizin dərisi nəm bez ilə kontaktda olaraq, qıcıqlanır. Bunun nəticəsində bişməcə, dermatit kimi hallar biruzə verir.

4. Bezə alışan uşağı güvəcə alışdırmaq olmur

Bu tamailə səhv bir fikirdir. Bezə alışan uşağı güvəcə alışdırmaq bir qədər çətin ola bilər. Buna görə, müəyyən yaş dövründən sonra, uşağınızı gün ərzində bezsiz saxlamağı və bezi axşam yuxusu saatlarında istifadə etməyi tövsiyyə edirəm. Qeyd etmək istərdim ki, Dunya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq 2–3 yaş arası məsləhət görülür.

5. Uşağın ayaqlarını əyir

Xeyir. Bezdə körpənin bud-canaq oynağı bir qədər aralı qalaraq, bud-canaq oynağının displaziyası adlanan patoloji prosesin profilaktikasında müsbət effekt göstərir. Lakin körpənizin ayaqlarının əyri və ya düz olmasında hec bir təsir göstərmir.


* * *

Birdəfəlik bezin istifadə müddəti və qaydaları haqqında?

1. Birdəfəlik bez hər 3–4 saatdan bir dəyişdirilməlidir.

2. Nəcisli bez dərhal dəyişdirilməlidir.

3. Gecə yuxusundan əvvəl və səhər körpə oyandıqda bez dəyişdirilməlidir.

4. Gəzintiyə çıxan zaman bezi dəyişdirmək məsləhətdir.

Oğlan uşaqlarına bezin çox istifadəsinin zərəri varmı?

Yuxarıda qeyd etmişdim.

İsti havada və ya uşağın hərarəti olduqda bez geyindirmək olarmı?

Olar. Lakin cox dolmuş bez isti havada daha tez dərini zədələyərək bişməcə, dermatit kimi hallara gətirə bilər. Çox yüksək hərarəti olan uşaqlarda isə, həddindən artıq dolmuş bez bədən hərarətini bir necə dərəcə yüksəltə bilər.

Yenidoğulmuş uşağa bez geyindirmək olarmı?

Bəli. Lakin bunu unutmayın ki, yeni doğulmuş körpənin ən zərif yerlərindən biri olan göbək nahiyyəsi hər zaman quru və təmiz qalmalıdır. Buna görə, yenidoğulmuş körpələrdə bezin vaxtlı vaxtında dəyişdirilməsinə daha cox diqqət göstərilməlidir.