| |||||||
|
«Autizm» sözünün mənası nədir?Autizm nədir?Autizm sözü yunan autos sözünün kökündən gəlir, yunan dilində autos sözünün mənası öz və ya özü deməkdir. Autizm həmçinin fərdlərdə uşaq yaşlarında rast gəlinən və ömürboyu inkişafa mənfi təsir göstərən bir xəstəlik kimidə təsvir etmək olar İlk dəfə autizm (autismus) sözündən məşhur isveşrəli psixiatr E. Bleuler istefadə etmişdir. 1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir. Autizm pozuntusunu təsvir edən ilk həkimlər L. Kanner və H. Asperger isə eyni sözü ilə — autizm — «dünyadan təcrid olunmuş» uşaqları təsvir etmişdirlər. 1938-ci ildə H. Asperger bu vəziyyəti autistik psixopatiya, 1943-cü ildə isə L. Kanner erkən infantil autizm adlandırmışdır. L. Kanner və H. Asperger müşahidə etdikləri uşaqlarda şizofreniya xəstəliyi yox idi, sadəcə olaraq, bu uşaqların «öz aləmində olduğuna» görə onların vəziyyətinin təsvir etmək üçün autism termindən istifadə etmişdirlər. Buna baxmayaraq, uzun müddət ərzində autizm pozuntusu şizofreniya xəstəliyi ilə əlaqələndirilirdi. Çoxsaylı araşdırmalar göstəridi ki, autizm pozuntusu və şizofreniya xəstəliyi tamamilə fərqli vəziyyətlərdr. Yalnız bundan sonra autizm pozuntusu psixi xəsətliklər təsnifatına ayrıcı bir diaqnoz kimi daxil olunmuşdur. Nəzərə almaq lazımdır ki, autizm (isim) və autistik (sifət) sözləri həm diaqnozda (məsələn, uşaq autizmi), həm də ayrıca simptomlarda (autistik davranış) işlənir.
Autizm haqqında daha ətraflı digər məqalələrimizdən öyrənə bilərsiz:
Mənbələr:
| ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |
// K.Ə.S.